RU

“Atəşkəs olsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq“ -Ukrayna səfiri

"İşğalçı qüvvələr ərazilərimizdən çıxarılmadan atəşkəs əldə olunacağı təqdirdə Ukrayna ərazisinin 25%-i Rusiyanın nəzarətində qalacaq".  

News365.azxəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Euronews telekanalına müsahibəsində deyib.

“Bir çox ölkələr atəşkəs ideyasını irəli sürüblər. Lakin heç kim bunun nə demək olduğunu düşünmür”, - o vurğulayıb.

Onun sözlərinə görə, hadisələrin bu cür dönüşü Rusiyaya öz imkanlarını gücləndirmək və Ukraynaya güclü hücumları bərpa etmək üçün vaxt verəcək. Bodnar Rusiya işğalı ilə bağlı yaranmış problemin həlli üçün beynəlxalq hüquq çərçivəsində Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb:

"Heç bir başqa təklif nəzərə alınmamalıdır və buna görə də biz onu rədd etdik. Bizim sülhə nail olmaq üçün üsullarımız çox sadədir: Rusiya qoşunlarının çıxarılması və beynəlxalq hüququn qorunması. Bundan sonra başqa imkanlar haqqında danışmağa başlayın”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Избранный
156
5
news365.az

10Источники