Bu il cəmi 6 dəfə gömrük ödənişlərinin ödənilməsindən yayınma halı olub – Siyahı
2024-cü ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən 16645 hüquqpozma faktı aşkar edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələrinə dair məlumatında deyilir. Bildirilir ki, bu faktlardan 670-i cinayət xarakterli faktlar olub. Əməlin növlərinə görə cinayət xarakterli faktların sayı aşağıdakı kimi olub: - Qaçaqmalçılıq – 79 dəfə; - Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama və ya idxal etmə – 52 dəfə; - Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama – 495 dəfə; - Gömrük ödənişlərinin ödənilməsindən yayınma – 6 dəfə; - Digər cinayət xarakterli faktlar – 52 dəfə.