Bakı. Trend:
Elm və Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədərtəhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsi elanedilir.
Bu barədə Trend-ə Elm vəTəhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədrisilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmışuşaqları bu təhsilə cəlb etməkdir.
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu[email protected] elektron poçt ünvanı vasitəsiləaparılır.
Sənəd qəbulu üçün son müraciət tarixi 16 avqust 2024-cüildir.
Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış olabilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişafStrategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqlarınsayının 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanınhədəfinə nail olunması üçün digər tədbirlərlə yanaşı, icma əsaslıtəlim qruplarında məktəbəqədər təhsilin təşkilinin qrant vasitəsiləmaliyyələşdirilməsi planlaşdırılır.
“2024/2025-ci tədris ilində icma əsaslıməktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi