Əməkdar artist Səlim Abbasov ən böyük arzusunu gerçəkləşdirib.
News24.az axşam.az-a istinadən bildirir ki, skripka ifaçısı aparıcılıq etmək arzusunda olduğunu və onu bu il gerçəkləşdirdiyini deyib:
"MTV kanalı mənim ən böyük arzularımdan birini gerçəkləşdirdi. Əvvəl həftə içi beş, sonra 3 gün veriliş apardım. İndi isə proqramımın bu mövsümə olan son buraxılışı yayımlandı. 7 ay davam edən verilişimə görə tamaşaçılardan müsbət rəylər aldım".