RU

İrəvan Ankaradan nə gözləyir?

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir”. 

“Cebheingfo.az”  xəbər verir ki, bunu “Sputnik Ermənistan”-a Xarici İşlər Nazirliyi yazılı sorğuya cavab olaraq deyib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açıla biləcəyini istisna etməyib.

Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, İrəvan Ankaradan oxşar hazırlıq və öhdəlik gözləyir: “O cümlədən, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində bunu gözləyirik”.

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, XİN qeyd edib ki, ictimiyyət yalnız dəqiq razılaşmalar olduqda zaman məlumat əldə edəcək.

Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyul ayında Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və zəruri proseslərin başlanması barədə razılıq əldə olunub.

Избранный
44
2
cebheinfo.az

7Источники