RU

İrəvandan Türkiyə-Ermənistan normallaşması barədə AÇIQLAMA

"Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində razılaşmalara sadiqdir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin "Sputnik Armenia"nın yazılı sorğusuna cavabında qeyd olunub.

 

Bildirilib ki, İrəvan üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsini gözləyir.

 

Ölkələrin xüsusi nümayəndələrinin mümkün görüşü ilə bağlı Ermənistan XİN-dən deyiblər ki, yalnız dəqiq razılaşmalar olduqda vaxt barədə məlumat olacaq.

 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açılacağını istisna etməyib.

Избранный
118
49
modern.az

10Источники