RU

Bütün növ pensiyalar artacaq

"Pensiyadakı artımlar indeksləşdirmə və eyni zamanda yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır”.

Publika.az xəbər verir ki,bunu baku.ws-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.

O əlavə edib ki, 2024-cü ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

"Eyni zamanda, yardımların verilməsi ilə bağlı təkliflər də təqdim olunub və bu istiqamətdə müzakirələr getməsi növbəti dövrlərdə hansı istiqamətdə qərarların veriləcəyini bəlli edəcək.

Amma bütün hallarda mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir və bu, yanvar ayından tətbiq olunacaq. Eyni zamanda pensiya kapitalının və inflyasiya faizinin indeksləşdirilməsi həyata keçiriləcək. Həm əmək pensiyalarında, həm də pensiya kapitalındakı artımlar əvvəlki illərdə orta aylıq əmək haqqı və ya inflyasiya səviyyəsinə uyğun olaraq reallaşacaq.

Избранный
54
33
publika.az

3Источники