RU

Mazut daşıyan tanker batıb

Manila körfəzində Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker çevrilərək batıb.

"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.

Filippinin nəqliyyat naziri Xayme Bautista bildirib ki, 17 ekipaj üzvündən 16-ı xilas edilib, bir nəfər itkin düşüb. Yerli hakimiyyət orqanları da buxtaya sızan yanacağın qarşısını almaq üçün səy göstərir.

Избранный
76
2
avtosfer.az

3Источники