RU

Türkiyə terrorla bağlı region ölkələrinə ÇAĞIRIŞ ETDİ

Türkiyənin Milli Təhlükəsizlik Şurası ölkənin terrorla mübarizədə qətiyyətini və bu məsələdə region ölkələri ilə əməkdaşlığın vacibliyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının yekunlarına dair bəyanatda qeyd edilib.

Bəyanata əsasən, Şura terror təşkilatlarına, xüsusən də PKK, FETÖ-yə, eləcə də İŞİD-ə qarşı mübarizədə qətiyyətini təsdiqləyib:

“Terrorizmlə mübarizədə artan səylər region ölkələrinin səmimi əməkdaşlığı ilə ümumi təhlükəsizlik məsələlərinin həlli üçün möhkəm zəmin yaradacaq, İraq və Suriyanın ərazi bütövlüyü, suverenliyi və firavanlığına daimi töhfə verəcək”.

Bizim.Media

Избранный
30
11
bizim.media

10Источники