RU

Türkiyə TŞ-dən Ukraynaya dair çağırış

Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Ukraynada müharibəyə son qoymaq üçün çoxtərəfli səyləri gücləndirməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətinin TŞ-nin iclasının yekunlarına dair bəyanatında deyilir.

Gündəlikdəki əsas mövzulardan biri Türkiyənin, Suriya və İraq ərazilərində də olmaqla, PKK və İŞİD qruplaşmalarına qarşı davam edən antiterror əməliyyatları olub.

“Bölgə ölkələrinin səmimi əməkdaşlığı ilə Türkiyənin terrorla mübarizədə göstərdiyi səylərin İraq və Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunması ilə yanaşı, ümumi təhlükəsizlik məsələlərinin həlli üçün möhkəm zəmin yaradacağı qeyd edilib”, - bəyanatda deyilir.


Telegram kanalımız
Избранный
103
15
yenisabah.az

10Источники