RU

Paşazadənin yalanı üzə çıxdı - Yol polisində işləyən oğlunun maşını imiş - FOTO

6 nömrəli məktəb şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətlərini əks etdirən və sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı deputat Cavanşir Paşazadə ötən gün Bakupost.az-a açıqlama vermişdi. O, görüntülərdəki 10 UH 700 Audi Q8 markalı avtomobilin ona aid olduğu haqda məlumatları təkzib etmişdi.

Hurriyyet.az xəbər verir ki, Cavanşir Paşazadə açıqlama verərək bildirib ki, həmin videonu görməyib, nə də bu xəbəri eşitməyib. "Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.

Meydan TV həmin nömrənin Paşazadə Hümmət Cavanşir oğluna məxsus olduğunu sübut edən sənədi əldə edib.

Həmin fotonu təqdim edirik:

Xatırladaq ki, 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.

Onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10-UH- 700 Audi Q8 markalı maşın da vardı.

Qeyd olunurdu ki, bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.

Qeyd edək ki, yayılmış videogörüntülərlə bağlı DYPİ məlumat yayıb. Bildirilib ki, Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunaraq müvəqqəti mühafizə olunan duracağa təmin olunub.

Avtosfer.az bildirir ki, Cavanşir Paşazadənin oğlu Himmət Paşazadə polis mayorudur, yol polisində işləyir.

Mənbə: Yenisabah.az

Избранный
38
26
hurriyyet.az

10Источники