RU

Qalatasarayda ayrılıq!

Tete gözlənilənləri çatdıra bilmədiyi üçün “Qalatasaray”la yollarını ayırır.

Demedia.az xəbər verir ki, sarı-qırmızılılar braziliyalı futbolçunun transferi üçün Yunanıstanın "Panatinaikos" komandası ilə anlaşıb. Sports Digitale-dən Yağız Sabuncuoğlunun xəbərinə görə; "Panatinaikos" və "Qalatasaray" Tetenin transferi üçün razılığa gəlib. Braziliyalı futbolçu tibbi müayinədən keçmək üçün Afinaya yollanır. İstanbulda olan futbolçunun meneceri “Qalatasaray”la ayrılıq danışıqlarını yekunlaşdırıb.
Digər tərəfdən SDNA Yunan mətbuatında iştirak edən xəbərə görə; "Panatinaikos" "böyük transfer" kimi gördüyü Teteni heyətinə qatmaq üçün "Qalatasaray"la prinsipial razılığa gəlib. Xəbərdə "Panatinaikos"un da Tete ilə anlaşdığı və futbolçunun qısa müddətdə Yunanıstana gedərək müqavilə imzalayacağı bildirilib.

Избранный
15
demedia.az

1Источники