Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batan 14 yaşlı yeniyetmənin meyiti sudan çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun meyiti aidiyyəti üzrə təhvil veriblər.
***
Ceyranbatan kanalında 14 yaşlı yeniyetmə çimərkən boğulub.
“İki sahil” xəbər verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda onun axtarışlarını davam etdirir.