RU

KomandaAzərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxıb.

"Far.Az" xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşıb.

Qarşılaşma yığmamızın 74:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyət Azərbaycan millisini Avropa çempionatının yarımfinalına daşıyıb.

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.

Избранный
55
8
far.az

10Источники