RU

Ekspert: "Yük maşınlarının normadan artıq yüklənməsi yollara zərər vurur"

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən daha bir dəyişikliyi təsdiqləyib. Növbəti dəyişiklik iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə görə cərimələrin artırılmasını nəzərdə tutur. Cərimələr fiziki və hüquqi şəxslərə aid edilməklə müvafiq olaraq 200 manatla 7 min manat arasında dəyişir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, yük avtomobillərinin normadan artıq yüklənməsi avtomobil yollarına zərər vurur:

“Yollarda müəyyən çökəkliklər əmələ gəlir, çuxurlar yaranır. Bu da dövlətə külli miqdarda zərər vurulması deməkdir. Bundan əlavə normadan artıq yüklənmiş yük maşınlarının əyləc sistemində problem yarana bilər, qəfil tormozlama, dayanma, manevr etmə zamanı sürücü idarəetməni itirə bilər. Buna görə də ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə girişi məhdudlaşdırılıb. Onlar axşam saat 9-dan səhər saat 8-ə qədər şəhərdə hərəkət edə bilər. Sutkanın gündüz vaxtı şəhərdə ola bilməz, sırf təhlükəsizlik məsələlərinə görə”.


Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
37
demokrat.az

10Источники