RU

Paris olimpiadası başladı

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına start verilib.

Msport.az xəbər verir ki, açılış oyunları futbol matçları ilə başlayır. Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

Bu gün daha iki oyun keçiriləcək. Saat 21:00-da İraq –Ukrayna, saat 23:00-da isə Fransa – ABŞ yığmaları münasibətlərini aydınlaşdıracaqlar.

Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək.

Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.

Избранный
57
34
msport.az

10Источники