RU

Türkiyənin Gürcüstana elektrik avadanlıqları ixracı 88 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar- iyun aylarında Türkiyənin Gürcüstanaelektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə15,7 faiz artaraq, 88,6 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin iyun ayında Türkiyə Gürcüstana 17,1 milyon dollarməbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən iliniyun ayı ilə müqayisədə 35,7 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyəninelektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə0.9 faiz azalaraq 7,8 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,2 milyard dollar məbləğindəelektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı iləmüqayisədə 10,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023- iyun 2024) Türkiyə16,1 milyard dollar məbləğində elektrik avadanlıqları ixracedib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
123
33
az.trend.az

10Источники