Bakı. Trend:
Gəncə “KOB FEST”də məhsul və xidmətlərini nümayiş etdirməkistəyən sahibkarlar iyulun 31-dək KOBİA-ya müraciət edəbilərlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı ilə 6-8 avqust tarixlərində Gəncə şəhərində “KOBFEST” sərgi-satış yarmarkası keçiriləcək.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Gəncə vəətraf bölgələrdən olan KOB subyektləri iyulun 31-dək Agentliyinsaytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər:https://smb.gov.az/az/contact-form/exhibition-form/1(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Gəncə”qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçünödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərininistehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satışimkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsindəmədəni-əyləncəli proqram da təşkil olunacaqdır.
Qeyd edək ki, 2024-cü il ərzində artıq Göygöl və Şəkişəhərlərində “KOB FEST” sərgi-satış yarmarkaları təşkil olunub. Buyarmarkalarda 170-dən çox KOB subyektinin məhsul və xidmətləritəqdim edilib və satışı həyata keçirilib.