RU

İrəvan müharibəyə hazırlaşır: erməni ordusu bu tarixə qədər… – SENSASİON 

  Prezident İlham Əliyev iki ay öncə Şuşada çıxışı zamanı Ermənistanın silahlandırılmasına sərt reaksiya vermişdi.

Sitat:

“Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin”.

Son vaxtlar Fransa Ermənistanı yenidən, bu dəfə kritik həddə silahlandırmağa başlayıb.

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistan sözdə sülh müqaviləsini imzalamağa hazır olduğunu desə də, əməldə müharibəyə hazırlaşdığını göstərir:

“Ermənistan Baş naziri Nikol Paşinyan Londonda Prezident İlham Əliyevlə görüşdən imtina etməsi ilə sülh müqaviləsinin imzalanması istiqamətində bu günə qədər gəlinən yolu sıfır nöqtəsinə qaytardı. Görünür, tərəflər sülh danışığından daha çox müharibə ritorikasına qayıtdılar. Ermənistanı cəsarətləndirən ABŞ və Fransa gələcəkdə rəsmi İrəvanın həm Avro-Atlantik məkana, həm də NATO-ya inteqrasiyasına çalışırlar. ABŞ-ın Ermənistan Müdafiə Nazirliyində çalışacaq daimi müşavir təyin etməsi, Aİ-nin mülki missiyasının sərhədə gətirilməsi və s. buna nümunədir”.

Hərbi ekspertin sözlərinə görə, Fransa Ermənistanı silahlandıraraq yeni müharibəyə hazırlayır:

“Sülh müqaviləsi imzalanmadığı halda atəşkəsin müharibəyə çevrilməsi riski daha çoxdur. Region ölkələri qeyri-region ölkələrin qüvvələrinin Ermənistana yerləşdirilməsinin təhlükəli olduğunu düşünür və bundan narahatdırlar. Rəsmi İrəvandan Rusiya hərbi bazasının çıxmadığı halda ABŞ və Fransa qüvvələrinin cəlb olunması ilə regionda güclərin toqquşması riski yaranır.

Bütün müharibələrin səbəbi diplomatik dialoqların bitməsidir. Siyasilər razılığa gələ bilmirsə, hərbçilər “anlaşmağa” çalışır. Azərbaycan dəqiq mesajlar verir: Ermənistan sülh müqaviləsini imzalasın, Zəngəzur dəhlizinin açılmasını həyata keçirsin, konstitusiyada dəyişiklik etsin, sərhədlərin tanınması prosesi baş tutsun.

İrəvanı dəstəkləyən qüvvələr 11-22 noyabrda keçiriləcək COP29 sammitinə qədər Ermənistanı Azərbaycanla müharibəyə təhrik etməyə çalışacaqlar”.

Избранный
15
50
referans.az

10Источники