RU

"Baku Bus" işçilər axtarır - VAKANSİYALAR

Baku Bus

Elektirik briqadiri (Formen)

 Son tarix 23 avq 2024 - [email protected]

Elektirik briqadiri (Formen) 

Əsas vəzifə və öhdəliklər:

  • Texniki-təhlükəsizlik qaydalarını bilməli;
  • Yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizəsi,texniki istismarı qaydalarını bilməli;
  • Yüksək gərginlikli transformator məntəqəsində acma və qoşma əməliyyat qaydalarını bilməli;
  • Yüksək gərginlik ölcü alətlərindən istifadə qaydalarını bilməli;
  • Paylayıcı şəbəkənin birxətli elektrik birləşməsi sxemlərini və avadanlıqların texniki xarakteristikalarını bilməli;
  • Transformatorların iş prinsipini və istismar qaydalarını bilməli;
  • Gərginliyi 0,4 kV dan – 35 kV qədər elektirik qurğularının istismar qaydalarını bilməli;
  • Kabel və Kabel əvəzləyici systemin istismar və xidmət  qaydalarını bilməli;
  • Paylayıcı şəbəkənin avadanlıqlarına qulluq edən işçilərin təhlükəsiz işləməsini təmin etmək qaydalarını bilməli;
  • Təsdiq edilmiş plan qrafikə uyğun olaraq təmir işlərini yerinə yetirmək;
  • Xidmət etdiyi ərazidəki avadanlıqların etibarlı və səmərəli işini təşkil etmək;
  • Paylaşdırıcı  qurğulardakı avadanlıqlarda və ya onun ayrı-ayrı hissələrində yaranan nasazlıqları  mühəndis-elektrikə və rəhbərliyə məruzə etmək, verilən tapşırıq əsasında nasazlığı aradan qaldırmaq və görülən işlər barədə jurnalda qeydiyyatlar aparmaq;
  • Şəbəkənin avadanlıqlarının mühafizə zonasının kənar təşkilat və şəxslər tərəfindən pozulub-pozulmamasını aydınlaşdırmaq;
  • Carı və əsaslı təmir qrafiklərinin planına uyğun olaraq işlərin icrasını həyata keçirtmək. Aşkar edilmiş qüsurlar haqqında xüsusi jurnalda müvafiq qeydiyyatlar aparmaq;
  • Paylayıcı şəbəkələrin avadanlıqlarında baş vermiş qəzaların, işdən imtinaların və bədbəxt hadisələrin araşdırılmasında yaxından iştirak etmək və onların təkrarlanmaması üçün tədbirlər planına uyğun işlər görmək;
  • Yeni çəkiləcək elektirik verilişi xəttinin trassasının, paylayıcı qurğuların, transformator y/st-nın tikiləcək sahəsində görüləcək işlərdə yaxından iştirak etmək;
  • Şəbəkənin mövsümə uyğun iş rejiminə hazırlanmasında yaxından iştirak etmək;

Vəzifə tələbləri:

  • Ali və ya Orta ixtisas təhsili haqqında sənəd;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsinə malik olmalı;
  • Ofis proqramlarını bilməsi arzuolunandır;
  • Yüksək gərginlik (35 kV kimi) sistemində əməliyyat aparması ücün sertifikati olması (arzu ediləndir)
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • İşgüzar və məsuliyyətli olmalı;

İş şəraiti:

  • İş günləri: Növbəli qrafik əsasında.
  • Peşəkar, mehriban komandada iş
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunu

Избранный
18
1
fed.az

2Источники