RU

Trampa sui-qəsd cəhdinə görə istefa

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki mitinqində güllələnməsindən sonra tənqidlərə məruz qalan ABŞ Məxfi xidmətinin direktoru Kimberli Çitl istefa verib.

“Associated Press” (AP) Çitlin istefasını ABŞ Məxfi xidmətinin əməkdaşlarına göndərdiyi e-poçta əsasən elan etdi.

Çitl elektron poçtunda “Təhlükəsizliyin pozulmasına görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Hadisələrdən sonra çətin variantı seçdim və istefa verməyə qərar verdim”, – deyib.

***

Çitlin istefası dünən Nümayəndələr Palatasında iştirak etdiyi iclasda keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı sualları cavablandırdıqdan sonra baş verib.

Trampa qarşı sui-qəsd cəhdini “Məxfi xidmətin uzun illərdən bəri ən böyük əməliyyat uğursuzluğu” olaraq xarakterizə edən Çitl, hadisənin bütün istiqamətlərinə işıq salmaq və bu cür təhlükəsizlik pozuntularının yenidən baş verməsinin qarşısını almaq üçün xidmət daxilində lazımi görüşlər keçirdiklərini bildirib.

4 saatdan çox davam edən iclasda hər iki partiyadan olan Konqres üzvləri Çitli sorğu-sual edib. Senatorlar sui-qəsdin qarşısını ala bilmədiyi üçün onu sərt şəkildə tənqid edib və “dərhal istefaya” çağırıb.

Şiddətli tənqidlərdən sonra Çitl bu gün istefa verdiyini açıqlayıb.

Избранный
32
vaxt.az

1Источники