Bakı, 23 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln" (Cəbəllütariq) və "Qarabağ" komandaları arasında oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın qollarını 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.
21:36
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln"( Cəbəllütariq) - "Qarabağ" komandaları arasında oyunda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 75-ci dəqiqədə Toral Bayramov fərqi iki topa çatdırıb.
Qeyd edək ki, oyunu macarıstanlı FIFA referisi İştvan Vad idarə edir.
21:05
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln"( Cəbəllütariq) - "Qarabağ" komandaları arasında oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlir.
Qeyd edək ki, oyunu macarıstanlı FIFA referisi İştvan Vad idarə edir.
20:50
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln"(Cəbəllütariq) - "Qarabağ" komandaları arasında oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 45+2-ci dəqiqədə Olavio Juninyo fərqlənib.
Komandalar fasiləyə "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə yollanıb.
Oyunu macarıstanlı FIFA referisi İştvan Vad idarə edir.
20:02
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln"( Cəbəllütariq) - "Qarabağ" komandaları arasında oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Oyunu macarıstanlı FIFA referisi İştvan Vad idarə edir.