RU

Bu ölkəni tropik qasırğa vurdu: 8 nəfər həyatını itirdi

Filippində həftə sonundan bəri davam edən “Butchoy” və “Carina” tropik qasırğaları nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasından (NDRRMC) açıqlama verilib. 

Açıqlamada ölkənin əksər hissəsində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrindən 886 min 483 nəfərin zərər çəkdiyi bildirilib. İtkin düşən şəxslərin isə axtarışları davam edir.

Həmçinin qeyd olunub ki, 33 min 645 nəfər 56 müvəqqəti sığınacağa köçürülüb, 67 bina qismən, 69 bina isə tamamilə dağılıb. 

Qəza nəticəsində istifadəsiz qalan 7 avtomobil yolu, 1 körpü, 1 hava limanı və 3 liman hələdə fəaliyyət göstərmir.

Əfsanə Rəcəb
Demokrat.az
Избранный
4
1
demokrat.az

2Источники