RU

Ermənistanın keçmiş prezidentinə qarşı cinayət işi bərpa oluna bilər

Bakı. Trend:

Ermənistanın keçmiş prezidenti Robert Koçaryana və digərlərinəqarşı cinayət işi bərpa oluna bilər.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumatyayıb.

Bildirilib ki, Kassasiya Məhkəməsi ittihamların yenidəntəsnifatlandırılması üçün Konstitusiya Məhkəməsinə müraciətedib.

Bir gün əvvəl Konstitusiya Məhkəməsi qərara alıb ki, CinayətMəcəlləsinin ittihamın əlavə edilməsi və ya dəyişdirilməsi imkanınımüəyyən edən maddəsinin müvafiq hissəsi Konstitusiyaya uyğundur.Xüsusən, məhkəmədə başqa cinayətin törədilməsinə dair sübutlarortaya çıxdıqda, prokuror məhkəmənin müşavirə otağına getməsindənəvvəl ittihamı dəyişdirə bilər.

"Prokurorluq, böyük ehtimalla, vəzifə səlahiyyətlərindənsui-istifadə və ya səhlənkarlıqla bağlı yenidən təsnifatlandırmaetmək niyyətindədir. Amma indiki mərhələdə Cinayət ProsessualMəcəlləsi buna imkan vermirdi. İndi hər şey Kassasiya Məhkəməsininhansı qərarı verəcəyindən asılıdır", - deyə ikinci prezidentinvəkillər qrupunun üzvü Ayk Alumyan qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə Koçaryana qarşı cinayət təqibidayandırılıb və 2008-ci il hadisələri zamanı konstitusiyaquruluşunu devirməkdə ittiham olunduğu maddə Konstitusiya Məhkəməsitərəfindən Konstitusiyaya zidd hesab edilib.

Избранный
41
7
az.trend.az

7Источники