Şanlıurfanın Əyyubiyə rayonunda itən 39 yaşlı çoban qadının meyiti suvarma kanalında tapılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.
Belə ki, heyvanlarını otarmaq üçün evindən çıxan Rahime Dəmirağı (39 yaş ) adlı şəxsdən xəbər olmadığı üçün polis qrupları suvarma kanalının keçdiyi ərazidə araşdırma aparıb.
Suvarma kanalının yaxınlığında qadın çobanın başmaqları və heyvanları otardığı dəyənək tapıldıqdan sonra dalğıclar kanalda axtarış aparıblar.
Dalğıclar Rahime Dəmirağının cansız cəsədini kanalda tapıb.
Meyit hadisə yerində müayinə olunduqdan sonra Şanlıurfa Ədli Tibb Qurumuna təhvil verilib.
Oksana