Bu ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 177 664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstəricinin 27 707-si (15,6 %-i) ilkin, 149 957-si isə (84,4 %-i) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 27 695, mənzil üzərində – 39 388, torpaq sahəsi – 104 580, qeyri-yaşayış binası – 1 586, qeyri-yaşayış sahəsi – 4 017, əmlak kompleksi – 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin birinci yarımilliyi ərzində 132 115 texniki pasport tərtib edilib, 35 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.