RU

Çempionlar Liqasında 11 oyun: Mourinyonun “Fənərbaxça”da debütü

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 11 matç baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. Türkiyə “Fənərbaxça”sı Luqanoda eyniadlı klubla görüşəcək. Bu, Joze Mourinyonun İstanbul nəhəngində rəsmi debütü olacaq.

Qeyd edək ki, ilk oyunlara iyulun 24-də keçiriləcək "Lüdoqorets" – "Dinamo" Mn, PAOK – "Borats" və "Selye" – "Slovan" görüşləri ilə yekun vurulacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
23 iyul

19:00. "Bodo Qlimt" – RFŞ
19:30. "Panevejis" – "Yagellonya"
20:00. "Linkoln" – "Qarabağ"
21:00. APOEL – "Petrokub"
21:00. "Malmö" – "Klaksvik"
21:30. "Styaua" – "Makkabi" T-Ə
22:00. "Ferentsvaroş" – TNS
22:00. "Santa Koloma" – "Midtulland"
22:00. "Dinamo" K - "Partizan"
22:30. "Luqano" - "Fənərbaxça"
23:00. "Şemrok Rovers" – "Sparta"

İdman.biz

Избранный
10
1
idman.biz

4Источники