RU

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Püşkatma zamanı “Qarabağ”ın hər iki turnirdəki potensial rəqibi müəyyənləşib.
Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan təmsilçisi Cəbəllütariq komandası “Linkoln”u üstələyərsə, bu turnirin növbəti raundunda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Linkoln” duelinin qalibi ilk görüşünü evdə keçirəcək.
“Qarabağ” “Linkoln”a məğlub olarsa, Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni davam etdirəcək və rəqibi “Ludoqorets” – “Dinamo” cütünün məğlubu olacaq. “Qarabağ” – “Linkoln” cütünün məğlubu ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 8-də və 15-də keçiriləcək.
Избранный
61
1
affa.az

2Источники