RU

Süni intellektin müasir media mühitinə təsirləri

“Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun sonuncu günü texnologiya və media sahələrinin nümayəndələrinin iştirakı ilə “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” mövzusu ilə başlayıb.

“Haber Global”ın aparıcısı Saynur Tezelin moderatorluğu ilə keçirilən panel müzakirədə “Pakistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam, Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti, HK+ Milli Strategiyalar Araşdırma Layihəsi Agentliyinin müdir müavini, Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Gi Woong Jung, Qlobal Siyasət İnstitutunun Prezidenti, Bay Atlantik Universitetinin professoru Paolo Liebl Von Schirach və Afrika İttifaqı Komissiyasının İnformasiya və kommunikasiya direktoru Leslie Richer tərəfindən dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin yaratdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin effektiv əməkdaşlıq modelləri müzakirə edilib.

Diqqətə çatdırılıb ki, texnologiyaların geniş tətbiqi rəqəmsal media mühitini getdikcə mürəkkəbləşdirməklə yanaşı, dezinformasiyanın əhatə dairəsini önəmli dərəcədə genişləndirir, istifadəçilərə məlumat istehlakçısı olmaqla yanaşı istehsalçısı statusunu da qazandırır. “Məhz bu kontekstdə texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirini təhlil etmək və media savadlı istehlakçıların yetişdirilməsini təşviq etmək günümüzün əsas prioritetlərindən hesab oluna bilər”, - deyə vurğulanıb.

 

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
2
tehsil.biz

3Источники