RU

"Konfrans Liqası"nda püşkatma olacaq: Üç klubumuzun rəqibləri bilinəcək

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

AZXEBER.COM xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanın üç klubunun mümkün rəqibləri bəlli olacaq.

Püşkatma zamanı \"Sabah\" - \"Makkabi\" cütü səpələnmişlərdə olacaq. \"Sumqayıt\" - \"Fehervar\" və \"Zirə\" - \"Dunayska Ştreda\" cütləri isə səpələnməmişlər sırasında yer alacaq.

Xatırladaq ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.
Избранный
88
4
azxeber.com

10Источники