Rusiyanın Yakutiya vilayətində bir neçə gün əvvəl içində üç sərnişinlə yoxa çıxan "Robinson" helikopteri tapılıb.
Bu barədə Oxu.Az "RIA Novosti"yə istinadən bildirir.
Şərqi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə, helikopter tamamilə dağılmış vəziyyətdə olub. Həmçinin pilotun və üç sərnişinin cəsədləri də aşkarlanıb.
Xatırladaq ki, "Robinson R44 II" helikopteri iyulun 19-da qəzaya uğrayıb. Helikopterin göyərtəsində bir pilot və üç sərnişin olub.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az