RU

O, "Qalatasaray"a transfer olunacaqmı?

"Zenit"in prezidenti Aleksandr Medvedev "Sarı-qırmızılar"la 20 milyon avrodan çox transfer qarşılığında "Qalatasaray"ın heyətinə qatılacağı iddia edilən braziliyalı yarımmüdafiəçi Vendel üçün anlaşdıqlarına dair iddiaları təkzib edib.

Demedia.az xəbər verir ki, Vendel üçün "Qalatasaray"la anlaşdıqlarına dair iddialara cavab verən Medvedev, "Vendelin "Qalatasaray"la anlaşdığına dair iddialar doğru deyil. Vendel "Zenit"in oyunçusudur" deyib.
"Qalatasaray"ın Vendel üçün "Zenit"ə 20-22 milyon avro civarında təklif etdiyi və transferin qısa müddətdə tamamlanacağı iddia edilib. Sarı-qırmızılı komandanın braziliyalı futbolçu ilə əl sıxdığı və təxminən 4 milyon avroya 5 illik müqavilə imzalayacağı iddia edilmişdi.

Избранный
9
demedia.az

1Источники