Rusiyanın Belqorod vilayətinin Şebekino kəndi atəşə tutulub. SİA xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov "Telegram"da bildirib. Qladkovun sözlərinə görə, Şebekinoda 8 çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib. “Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта