RU

2-ci Şuşa Qlobal Media Forumunda “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda ilk panel sessiya keçirilib

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda panel sessiya təşkil edilib.

“TRT World”un aparıcı və baş prodüseri Ghida Fakhrynin moderatorluğu ilə baş tutan panel müzakirədə “TRT World”un aparıcısı və müxbiri Jaffar Hasnain, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mikhail Gusman, Əl-Cəzirə Media İnstitutunun Media Təşəbbüsləri Meneceri Montaser Marai, CeSPI-nin (Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzi) Türkiyə üzrə Müşahidə Mərkəzinin akademik və elmi direktoru Valeria Giannotta və MTP klubunun təsisçisi Charles Veley tərəfindəndezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə saxta xəbərlərin yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Panel müzakirə zamanı müasir dövrdə məlumatlara əlçatanlığın əhəmiyyətli dərəcədə asanlaşması nəticəsində bütün dünya miqyasında saxta xəbərlərin bilərəkdən və ya bilməyərəkdən geniş şəkildə yayılması, eləcə də belə informasiyanın müxtəlif ictimai proseslərə mənfi təsirinin son illərdə daha da artması diqqətə çatdırılıb. Qeyd edilib ki, metodoloji cəhətdən çətin olsa da, günümüzdə dezinformasiyanın yayılma modellərini və təsir dairəsini təhlil etmək yanlış xəbərlərə qarşı mübarizədə effektiv yanaşmanın tətbiqi üçün zəruri hesab oluna bilər. 

 

1/9
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
122
media.gov.az

1Источники