RU

İvan Rakitiçin "Hayduk"a keçidi rəsmiləşib

"Barselona"nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiçin "Hayduk"a keçidi rəsmiləşib.

Apasport.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.  O, bu gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd  edək ki, Rakitiçin son klubu Səudiyyə Ərəbistanının "Əl-Şabab"ı olub. Ötən mövsüm xorvatiyalı futbolçu bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 qolun ötürməsini verib.

Избранный
40
13
apasport.az

10Источники