RU

Bakıda qəza: Sürücü maşını yol nişanına çırpdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Səbail rayonunun İslam Səfərli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, "Chevrolet" markalı avtomobilin sürücüsü maşını yol nişanına çırpıb.
Zərbədən ön dövlət nömrə nişanının açıldığı avtomobilin sağ hava yastığı da işə düşüb.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) təbliğat üzrə inspektoru polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə iki avtomobil toqquşub:
"Hadisə saat 18:00-da baş verib. "Chevrolet" markalı 77-YX-568 dövlət nömrə nişanlı avtomobillə "Mercedes-Benz" 99-PB-413 dövlət nömrə nişanlı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alan olmayıb, - deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova
Избранный
150
50
oxu.az

10Источники