RU

Problemin mənbəyi tapılıb

“Crowdstrike” kibertəhlükəsizlik firması “Microsoft Windows” əsaslı kompüter sistemlərinə təsir edən səhv proqram yeniləməsindən sonra banklarda, xəstəxanalarda və hava yollarında göstərilən xidmətlərdə böyük fasilələr yaranıb.

Kompüter sistemlərində İki gün davam edən problemdən sonra bütün dünyada müəssisələr və xidmətlər yavaş-yavaş normala rejimə qayıtmağa başladı.

“Crowdstrike”in baş direktoru Corc Kurtz xaosa görə üzr istəyib və şirkətin problemin mənbəyini müəyyən etdiyini, lakin bütün sistemləri yenidən işə salmaq üçün bir qədər vaxt lazım olacağını ehtimal edib.

““Crowdstrike” bütün sistemləri əvvəlki kimi bərpa etmək və işə salmaq üçün təsirə məruz qalan bütün müştərilər və tərəfdaşlarla sıx işləməyə davam edir”, – deyə Kurtz “X”sosial media platformasında yazıb.

Almaniyanın kibertəhlükəsizlik üzrə rəhbəri Klaudiya Plattner, kəsilmənin ölçüsünü nəzərə alsaq, köhnə normal vəziyyətə qayıtmağın həftələr çəkə biləcəyini söyləyib.

Bonnda mətbuat konfransında danışan Plattner: “Bir neçə saat ərzində bunun yaxşılaşmayacağını deyə bilərəm. Hazırda kəsilmədən təsirlənən bəzi müəssisələrin İT sistemlərinin yenidən işə salındığı xəbərini alırıq. Bu o deməkdir ki, artıq bərpa prosesi gedir, lakin vəziyyətin normala dönməsini gözləmək lazımdır”, – deyib.

Fasilələr Almaniyanın səhiyyə sektorunda böyük böhrana səbəb olub. Kiel və Lübeck kimi şəhərlərdəki universitet xəstəxanalarında bütün təcili olmayan prosedurlar müvəqqəti olaraq ləğv edilib.

Kieldəki Şlezviq-Holşteyn Universiteti Xəstəxanasının İdarə Heyətinin sədri Cens Şoltz, “Aviasiya sistemində sərnişinin şəxsiyyət vəsiqəsi görünmədiyi üçün hazırda uçuşlar dayandırılıb. Xəstəxanalarda da eyni vəziyyət şəkildədir. Xəstə müalicə olunur, hansı dərmandan istifadə edilir, hansı cərrahiyyə əməliyyatı edilir – bu məlumatlara daxil olmaq mümkün deyil”. O, bu sözlərlə Almaniyada səhiyyə sektorunda yaranan fasilə ilə bağlı son vəziyyəti ümumiləşdirib.

Bəzi hava yolları xidmətləri yenidən xidmətə başlasa da, gecikmələrin və ləğv olunmaların həftə sonu boyunca davam edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
vaxt.az

1Источники