“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Publika.az xəbər verir ki, bölgə təmsilçisi növbəti transferini reallaşdırıb.
“Şamaxı” Vasili Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Radenoviçin son klubu Bosniya və Hersoqavinanın “QOSK Qabela” olub.