Fransanın “Lill” klubu 32 yaşlı Tomas Mönye ilə müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, belçikalı müdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Belçika millisinin üzvü daha əvvəl Fransada PSJ-də (2016-2020) çıxış edib.