Bakı. Trend:
ABŞ yaxın həftələrdə Rusiya ilə ticarət əlaqələrinə görə Çinəqarşı yeni sanksiyalar tətbiq edə bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin MilliTəhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
"Hazırda heç bir açıqlamam yoxdur, amma düşünürəm ki, buvəziyyətin yaxın həftələrdə inkişaf edəcəyini müşahidə etdikcə[Çinə qarşı] əlavə sanksiya tədbirləri gözləyə bilərsiniz", - deyəo qeyd edib.
C.Sallivan deyib ki, Vaşinqton “Rusiya hərbi-sənaye kompleksiilə əməliyyatlara” görə Çin və digər ölkələrdəki banklara sanksiyatəzyiqini davam etdirəcək.