RU

ABŞ iki rusiyalıya qarşı sanksiya tətbiq edib

ABŞ iki Rusiya vətəndaşını kibertəhlükəsizliyə problem yaratdığı üçün sanksiyalar siyahısına daxil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, sanksiya siyahısına daxil edilən ruslar "Rusiyanın Dirçəlişinin Kiber Ordusu" haker qrupunun üzvləridir və ABŞ-nin kritik infrastrukturuna qarşı yönəlmiş kiber əməliyyatlarda iştirak ediblər.

Məlumatda təşkilat və üzvlərinin Amerika vətəndaşları və icmaları üçün təhlükə yaratdığı deyilir.

"Birləşmiş Ştatlar kiber fəaliyyətlərinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edərək tədbirlər görüb və görməyə davam edəcək", - Maliyyə Nazirinin müavini Brayan Nelson bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
1
operativmedia.az

2Источники