RU

637 milyon manata tikilən Mərkəzi Bankın əcnəbi memarı –"Bizdən işıqlı bir bina istənildi" /FOTO

“Müştəri bizdən açıq və işıqlı simvolik bir bina istədi”.

Azpost.info bildirir ki, bu sözləri hafiztimes.com saytına müsahibəsində Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının memarı, Avstriyanın “Coop Himmelb(l)au”şirkətinin həmtəsisçisi, avstriyalı məşhur memar Wolf D. Prix deyib.

O deyib ki, memarlığın mürəkkəbliyini yaşadığımız cəmiyyətin əksi kimi görmək olar: “Müştərimiz bizdən keçmiş mərkəzi binanın hermetik möhürlənmiş (hava keçirməyən) konstruksiyasını əvəz etmək üçün açıq və işıqlı simvolik bir bina istədi. Biz 2008-ci ildə Azərbaycan Mərkəzi Bankı üçün keçirilən memarlıq müsabiqəsinin qalibi olduq. Dizaynımız iqtisadi cəhətdən yüksək bina tipologiyanı başlanğıc nöqtəsi kimi götürür. Şərq-qərb yönümlü plitə və onun çoxbucaqlı həndəsəsi daha sonra heykəltəraşlıqla bükülmüş bir həcmə doğru yüksəlir. Həmin vaxt Avropa Mərkəzi Bankı (AMB) tikilməkdə idi və bu, layihə üçün vacib idi”.

Rrix deyib ki, Bankın tikintisi 2025-ci ilin əvvəlində başa çatacaq.

Qeyd edək ki, Mərkəzi Bankın binasının xərcləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Son məlumata görə, Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 637 milyon manata çatıb.

AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşaası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.

Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 636,99 milyon manat təşkil edir.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib. 2021-ci ildə Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb. “Tekfen İnşaat” bundan əvvəl, “SOCAR Tower” və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
3
azpost.info

4Источники