RU

Körpənin əli ətçəkən maşında qaldı

Əli ətçəkən maşında qalan 27.01.2023-cü il təvəllüdlü körpə xəstəxanaya valideynləri tərəfindən çatdırılıb.

News365.az xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilərkən körpənin sağ əli elektron ətçəkən maşınının içərisində olub.

Xəstəxananın tibbi heyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativliyi nəticəsində qısa zamanda körpənin əli ətçəkən maşının içərisindən çıxarılıb.

Körpənin əli rentgenoloji müayinə olunduqdan sonra həkim-cərrah Ağasoltan Əmirov tərəfindən yumşaq toxumaların cərrahi proseduru həyata keçirilib.

Hazırda körpənin vəziyyəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb.


Избранный
62
17
news365.az

10Источники