RU

Kibercinayətkarlıqla mübarizə üçün DİN və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradıldı

Bakı. Trend:

Mərkəzi Bankda kibercinayətkarlıqla mübarizə çərçivəsində görüşkeçirilib.

Trend xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən maliyyə bazarındainformasiya və kibertəhlükəsizliyin təmin olunması istiqamətindətəşəbbüslərin həyata keçirilməsi davam etdirilir.

"Belə ki, Mərkəzi Bank, Daxili İşlər NazirliyininKibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Azərbaycan BanklarAssosiasiyasının birgə təşkilatçılığı, ölkədə fəaliyyət göstərənbanklar və elektron pul təşkilatlarının nümayəndələrinin iştirakıilə ödəniş kartlarından istifadə zamanı dələduzluq hallarınınqarşısının alınmasına dair görüş keçirilib. Görüş çərçivəsindəkibercinayətkarlıqla mübarizə sahəsində aktual məsələlər müzakirəolunub.

Görüşdə çıxış edən Mərkəzi Bankın baş direktoru Fərid Osmanovrəqəmsal ödənişlər üzrə dələduzluq halları ilə mübarizə tədbirləriçərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüsləridiqqətə çatdırıb. O, eyni zamanda, ödəniş kartlarından istifadəzamanı müşahidə olunan fırıldaqçılıq halları barədə bütün hədəfqrupları nəzərə alınmaqla həyata keçirilən ölkəmiqyaslımaarifləndirici tədbirlərin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Başİdarəsinin rəisi Emil Mehdiyev kiberdələduzluq hallarınınqarşısının alınması üçün bank-maliyyə təşkilatları ilə qarşılıqlıəməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.Kibermaarifləndirmə sahəsində aparılan profilaktik tədbirlərdən sözaçan Baş İdarə rəisi bu sahədə işlərin daha da gücləndirilməsi üçünbirgə səylərin artırılmasının və qarşılıqlı əlaqələrin yüksəksəviyyəyə çatdırılmasının əhəmiyyətli olduğunu bildirib.

Görüş çərçivəsində kibercinayətkarlıqla mübarizədə birgəfəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi vəqabaqlayıcı işlərin görülməsi üçün DİN-in KibercinayətkarlıqlaMübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindənibarət işçi qrupun yaradılması haqqında qərar qəbul edilib", -məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
5
az.trend.az

6Источники