RU

Ekspert: İT sistemlərinin qlobal nasazlığı tarixdə ən irimiqyaslı ola bilər

Beynəlxalq bankları, hava limanlarını və medianı iflic edən kütləvi kompüter sistemlərinin qlobal nasazlığı tarixdə ən irimiqyaslı hadisə ola bilər.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu fikri kibertəhlükəsizlik texnologiyaları sahəsi üzrə ekspert, “Microsoft”un regional direktoru Troy Hunt bildirib.

Onun fikrincə, bu hadisəni İT sahəsi tarixində ən böyük nasazlıq adlandırmaq olar.

Troy Hunt qeyd edib ki, o, “Microsoft”da işləmir və şirkət adından qiymətləndirmə aparmır. O, əlavə edib ki, regional direktorlar “Microsoft”dan asılı deyirlər və tamamilə müstəqildirlər.

Söhbət kibertəhlükəsizlik sahəsində çalışan “CrowdStrike” şirkəti tərəfindən “Microsoft”a göstərilən xidmətlərlə bağlı problemdən gedir.

Qeyd edək ki, “Windows” əməliyyat sisteminin kütləvi nasazlığı qlobal səviyyədə bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
2
apa.az

3Источники