RU

İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub - VİDEO

 

Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verib, iki helikopter cəlb olunub.

Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə həmin ərazilərdə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Избранный
107
50
missiya.az

10Источники