Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Paksi” (Macarıstan) – AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
İyulun 25-də təşkil olunacaq qarşılaşma Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.