SosialYevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edilib - FOTO - YENİLƏNİB
SİZİN REKLAM BURADA!055 213 76 73 ***13:50 Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Hümbətovun nəşi Yevlax rayonuna gətirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. B.Hümbətov Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.