RU

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Hümbətovun nəşi Yevlax rayonuna gətirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

B.Hümbətov Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Избранный
100
8
qaziler.az

10Источники