RU

Həkimlər elektron reseptdən niyə qaçır? — Səhiyyə Nazirliyindən AÇIQLAMA

Son günlər vətəndaşlar bəzi həkimlərin dərman firmaları ilə işlədikləri ilə bağlı şikayət edirlər. Hətta xəstələrə filan yerdən al, qəbzin şəklini mənə at və.s deyənlər də var. Həmin firmaların dərmanları isə həddindən artıq baha olur. Halbuki eyni dərmanların keyfiyyətlisini və daha ucuzunu təyin edə bilərlər.  Həkimlərsə firma dərmanları baha olsa da, bunu keyfiyyətlə əlaqələndirirlər.  

Bəs gerçək vəziyyət necədir?

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən Bizim.Media-ya bildirilib ki, vətəndaşlar kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilərlər: 

“Elektron resept sistemi dövlətin tapşırığı ilə tətbiq edilib və hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılmasını tələb etməli, həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidir. Həkimlər elektron resept yazmaqdan imtina etdiyi və yaxud apteklər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edilir” , - deyə açıqlamada qeyd olunub. 

Elektron resept nədir? 

Избранный
52
1
demokrat.az

10Источники